Madaqaskarın yeni prezidenti elan olunub | VİDEO
Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda prezident Andri Radzuelinanın istefası tələbi ilə etirazlar başlayıb. İstefa verməkdən imtina edən prezident, ölüm təhdidləri aldığını və təhlükəsiz yerə qaçdığını bildirib.
Dövlət başçısı ölkədə olmadığı üçün oktyabrın 14-də Madaqaskarın Ali Konstitusiya Məhkəməsi Milli Assambleyanın (parlamentin aşağı palatası) qərarı ilə onun hakimiyyətdən kənarlaşdırılmasını təsdiqləyib.
Məhkəmə ölkəyə rəhbərlik etmək üçün prezident sarayını zəbt edən hərbçilərin lideri, polkovnik Maykl Randrianirinanın namizədliyini irəli sürüb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


